Abşeronda avtobus ağır qəza törətdi - Xəsarət alanlar var - VİDEO

 11:20 23.06.2023     329

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, qəza bu gün səhər saatlarında rayonun Mehdiabad qəsəbəsində baş verib. 

Hadisənin görüntülərini əks etdirən paylaşımlardan aydın olur ki, qəza zamanı “Isuzu” markalı avtobusla “Volkswagen” markalı avtomobil toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir (oxu.az).

Ağır yol-nəqliyyat hadisəsinin görüntülərini təqdim edirik: