İki gün əvvəl arvadı ölən kişi intihara cəhd etdi

 11:59 24.06.2023     465

İsmayıllıda iki gün əvvəl həyat yoldaşı ölən kişi intihara cəd edib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, 44 yaşlı P. Əliyev özünə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

O, xəstəxanaya çatdırılıb.

Bildirilib ki, P.Əliyevin arvadı iki gün əvvəl şəkər xəstəliyindən vəfat edib. O, ailəsindəki itkiyə düzməyərək intihar etmək istəyib. Uzun illərdir evli olan cütlüyün övladı olmayıb.