28 yaşlı kişi intihar etdi

 18:00 24.06.2023     466

Xaçmaz rayonunda 28 yaşlı kişi intihar edib.

Redaktor.az xəbər verir ki, rayonun Mirzəmməd kənd sakini 1995-ci il təvəllüdlü Xankişiyev Dövlət Bəylər oğlu özünü asıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır (report).