Tovuzda yeniyetmə gölməçədə boğuldu
Tovuzda 14 yaşlı yeniyetmə gölməçədə boğulub.
Redaktor.az xəbər verir ki, hadisə iyunun 24-də rayonun Əyyublu kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 2009-cu il təvəllüdlü Nihat Məmmədov kəndin ərazisində sel nəticəsində yaranmış gölməçədə çimərkən boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.