Arvadını döyən kişi uşağının ölümünə səbəb oldu - VİDEO
Bakı şəhərində atanın həyat yoldaşı və övladını təqib edərkən avtomobilin vurduğu uşaq həlak olub.
Redaktor.az xəbər verir ki, görüntülərdə vurulan uşaq Balaxanı qəsəbə sakini, 2017-ci il təvəllüdlü Nurcan Hümmət qızı İsmayılova olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-a bildirib ki, qəzadan əvvəl baş verən insidentlə bağlı əlavə araşdırmalar aparılır.