Naxçıvanda dəhşətli qəza-5 nəfər ÖLDÜ

 09:30 26.06.2023     157

Naxçıvanda dəhşətli yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər həyatını itirib.

Hadisə “Hyundai” markalı avtomobillə “Wolswagen” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində daha 5 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hər iki avtomobildə olan şəxslərin toy məclisindən qayıtdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.