Naxçıvandakı qəzada ölənlərin sayı 6-ya çatdı

 10:54 26.06.2023     218

Naxçıvanın Kəngərli rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

Redaktor.az "apa"ya istinadən xəbər verir ki, qəza zamanı ölənlərin sayı 6-ya çatıb. Xəsarət alan 4 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, gecə saatlarında Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib. Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı avtomobil toqquşub. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlari və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.