Naxçıvanda qəzada xəsarət alan və ölənlərin kimliyi məlum olub

 13:46 26.06.2023     226

Naxçıvanın Kəngərli rayonunda baş verən qəzada xəsarət alanların adları məlum olub.

Redktor.az "apa"ya istinadən xəbər verir ki, onların 4-ü reanimasiyada, 2-i isə travmatalogiya şöbəsindədir.

Qəzada xəsarət alanlar aşağıdakılardır:

1993-cü il təvəllüdlü Əliyev Cəlil Musa oğlu, 1994-cü il təvəllüdlü Sultanova Elmira Əlirza qızı, 2003-cü il təvəllüdlü Cəfərova Zəhra Fərman qızı, 2013-cü il təvəllüdlü Sultanlı Fəridə Fariz qızı, 2014-cü il təvəllüdlü Sultanlı Səlim Fariz oğlu və 2018-ci il təvəllüdlü Sultanov Xanlar Toğrul oğlu.

Ölən şəxslər aşağıdakılardır:

1960-ci il təvəllüdlü Cəfərova Sahiyə Əsəd qızı, 1973-cü il təvəllüdlü Sultanov Xanlar Şəmil oğlu, 1996-cı il təvəllüdlü Oruclu Amil Akif oğlu, 2000-ci il təvəllüdlü Əlizadə Hikmət Rövşən oğlu və 2020-ci il təvəllüdlü Əlisultanov Fateh Fariz oğlu.