43 yaşlı kişi yaşadığı evdə özünü asdı
Qazax rayonunda yerli sakin özünü yarımçıq tikilinin çardağından asaraq intihar edib.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Salahlı kəndində qeydə alınıb.
Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Vaqif oğlu Şıxıyev həyətlərindəki yarımçıq tikilinin çardağından asaraq intihar edib.
Onun subay olduğu, ata-anası ilə birgə yaşadığı və özünə qapanmaları olduğu bildirilir.
İntiharın səbəbi araşdırılır.