Yüksək vəzifəli məmur hoteldə öldü - YENİLƏNİB
Oğuzda hoteldə dünyasını dəyişən şəxs yüksəkvəzifəli məmur imiş.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında çalışıb. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və dünənədək həmin vəzifəni icra edirmiş.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.
***
Oğuzda oteldə ölüm faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə Oğuz şəhərində yerləşən "Səma" oteldə baş verib.
Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər saatlarına oteldə ürəktutmasından vəfat edib.
Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gedib. Toydan çıxıb oteldə qalarkən özünü pis hiss edib. Gecə saatlarında təcili tibbi yardım çağırılıb.
Bu gün səhər otel əməkdaşları onu qaldığı otaqda ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.