53 yaşlı kişi toyda bacısı oğlunu bıçaqladı
Xaçmazda keçirilən toy şənliyində bıçaqlanma olub.
Redaktor.az xəbər verir ki, Çarxı kəndində təşkil olunan toyda 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlayıb.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, bacısı oğlunu bıçaqlayan şəxs əvvəllər soyğunçuluq və qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunaraq iki dəfə məhkumluq həyatı yaşayıb.