Mingəçevirdə kanalizasiya quyusundan meyit tapıldı -YENİLƏNİB
İyunun 27-də Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***
Mingəçevir şəhərində kanalizasiya quyusundan meyit tapılıb.
Redaktor.az xəbər verir ki, meyitin şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədova aid olduğu məlum olub.
Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.