Söyüşə görə qonşusunu dəmir parçası ilə döydü

 11:28 27.06.2023     206

Göygöl sakini söyüşə görə qonşusuna dəmir parçası ilə ağır xəsarət yetirib.

Redakto.az Report-a istinadən xəbər verir ki, hadisə şəhəri Aydın Hacıyev küçəsində baş verib.

Belə ki, Qurbanov Aftandil Malik oğlu küçədə digər tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlədib. Bu zaman onun qonşusu Hüseynov Tural Turan oğlu küçədə nalayiq ifadələr işlətdiyinə görə A.Qurbanovu dəmir parçası ilə vuraraq ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib və ona qarın boşluğunun daxili qanaxması diaqnozu qoyulub.

Faktla bağlı cinayət işi başlanılıb.