Keçmiş məhkum 1,5 kiloqram narkotiklə tutuldu

 13:07 27.06.2023     176

Zaqatalada keçmiş məhkumdan 1,5 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də məhkum olunmuş Aslan Əzizov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümdə marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə A.Əzizovun pay torpaq sahəsindəki yarımtikiliyə də baxış keçirilib və oradan 1 kiloqram 400 qramdan artıq marixuana aşkarlanıb.