Sabirabad sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət aldı

 20:59 27.06.2023     286

Sabirabad rayon sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayon mərkəzindəki “Şamaxı” adlanan məsciddə baş verib.

Belə ki, Sabirabad şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədova Adilə Yosət qızı məscidin pəncərəsini təmizləyərkən hündürlükdən yıxılıb. Hadisə zamanı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

A.Məmmədova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.