Dünən təmiri bitən ev bu gün yandı - FOTO
Biləsuvarda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı fərdi ev yanıb.
Redaktor.az xəbər verir ki, hadisə bu gün rayonun Xırmandalı kəndində baş verib.
Ev sahibi Ramiz Şahmarovun sözlərinə görə, ailə üzvləri ilə evdə olarkən qəfildən evin damında qısaqapanma olub.
R. Şahmarov və gəlini müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Evi yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, evin damı dünən yenisi ilə əvəz olunubmuş (qafqazinfo).