Bu rayonda 23 yaşlı oğlanı sel apardı - FOTO

 21:25 29.06.2023     700

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

Redaktor xəbər verir ki, "Report"un məlumatına görə, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.