Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı
Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Baxçakürd kənd sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini Elşən Həsənov olduğu müəyyən edilib. Aparılan araşdırmalarla şübhəli şəxsin vətəndaşa məxsus evdən ümumi dəyəri 12.000 olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.