Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu taladı
Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu talayıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
İyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.