Sel təhlükəsi ilə üzləşən qadınlar xilas edildi - VİDEO
Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, "112" qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.