Bu rayonda çaydan kişi meyiti tapıldı
Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisindən keçən çaydan kişi meyti aşkarlanıb.
Redaktor.az xəbər verir ki, meyit tibbi ekspertizaya aparılıb.
Araşdırmalar zamanı onun Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Tofiq Məhəmməd oğlu Səfərov olduğu bilinib.
Kənd sakinlərinin bildirdiyinə görə, meyit çayla axaraq həmin əraziyə gəlib.
Faktla bağlı araşdırma aparılır.