Bu rayonda sel bir çox kəndin əlaqəsini kəsdi - VİDEO

 20:57 30.06.2023     1323

İsmayıllıya yağan leysan xarakterli yağışdan sonra dağlardan gələn sel suları, lil qatı, qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb.

Redaktor.az xəbər verir ki, bu səbəbdən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bununla da Lahıc qəsəbəsi də daxil olmaqla, bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Yolların açılması üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub.

Bununla yanaşı, sel suları rayonun şimal hissəsindəki Qəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub. Evləri, tövlələri, turizm-istirahət obyektlərini, mağazaları sel basıb, ağaclar, elektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb.

Hazırda İsmayıllıdan keçən çaylarda gursululuq müşahidə olunur.