Bakıda yaşayış binasında yanğın oldu - Sakinlər təxliyyə edildi

 21:23 30.06.2023     1368

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb