Ağstafada toy yasa döndü

 22:02 30.06.2023     1445

Ağstafada toydan qayıdanlar avtomobil qəzasına düşüb, ölən və xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, minik avtomobili ilə avtobusun toqquşması nəticəsində, Tovuz rayon Cəlilli kənd sakini, 1970-ci il təvəllüdlü Səringül İsfəndiyar qızı Abbasova hadisə yerində dünyasını dəyişib.

Daha 3 nəfər, Tovuz rayon Cəlilli kənd sakinləri, 1969-cu il təvəllüdlü Bəsdi Firqələr qızı Məmmədova, 1969-cu il təvəllüdlü Saxavət İsfəndiyar oğlu Məmmədov və 1993-cü il təvəllüdlü Fuad Sübhan oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.