22 yaşlı nişanlı oğlan bu səbəbdən selə düşübmüş
Daşkəsəndə sel sularında batan Elgün Orucovun doğmaları danışıblar.
Redaktor.az baku.tv-yə istinadla xəbər verir ki, mərhumun atası Məhərrəm Orucov oğlunun nişanlı olduğunu və toyu olacağını bildirib:
“Payızda toyu olacaqdı. Ən əziz övladımı itirmişəm. Sel suları bir qoyunumuzu aparırdı, onu əlini atıb tutmaq istəyərkən özü selə düşüb”.
Mərhumun əmisi oğlu Nazim Orucov qeyd edib ki, sel Elgünü 3-4 kilometr aralıdakı körpüyədək aparıb.
Qeyd edək ki, mərhum Elgün Orucovun 22 yaşı olub.