Batmaqda olan şəxs belə xilas olundu - VİDEO

 20:53 01.07.2023     348

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir su anbarında 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Xilasetmə əməliyyatı ilə 1993-cü il təvəllüdlü Nəsibov Əli Vaqif oğlu “Şəmkir” dalğıc-axtarış qurupunun dalğıcları tərəfindən xilas edilib.