Şəmkirdə qəza - Xəsarət alanlar var

 22:25 01.07.2023     321

Şəmkir rayonunun Yeni Həyat kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az report-a istinadla xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü S.Aslanova və oğlu, 1999-cu il təvəllüdlü E.Aslanov müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.