Bakıda məscidin qarşısında gənc oğlanı maşın vurdu

 10:01 02.07.2023     300

Salyan şossesində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Bibiheybət məscidinin qarşısında baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Sayılov Təhmin Teymur oğlu yolu keçərkən onu maşın vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır (apa).