Oğuzda maşın qaz xəttini qırdı - kəndin yarısı qazsız qaldı
Oğuz rayonunun Padar kəndində baş verən yol qəzası nəticəsində qaz xətti və xəstəxana binasına ziyan dəyib.
Redaktor.az "report"a istinadla xəbər verir ki, qəza zamanı xəsarət alan olmasa da, qaz xətti ciddi zədələnib.
Nəticədə kəndin yarı hissəsinin sakinləri hazırda qazsız qalıb.
Qəza nəticəsində, həmçinin kənd xəstəxanasının binasına da ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.