Salyanda maşından yıxılan qadının başı betona dəyib öldü
Salyanda avtomobildən yıxılan qadın ölüb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisindən keçən hissəsində baş verib.
Astma xəstəsi olan Salyan şəhər sakini, 1959-cu il təvəllüdlü Bağırova Fatma Qəhrəman qızı mikroavtobusdan yıxılarkən başı betona dəyib və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.