Bakıda binada yanğın - sakinlər təxliyə edildi

 23:38 02.07.2023     719

Qaradağda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 8 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.