2022-ci ildə Azərbaycanda 72 tələbə vəfat edib

 17:05 03.07.2023     453

Ötən il Azərbaycanda 72 tələbə vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd olunub ki, onlardan 56-sı bakalavriat, 5-i magistratura, 5-i tam orta ixtisas, 6-sı isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.