Arvadını və körpəsini öldürən şəxslə bağlı qərar verildi

 19:09 03.07.2023     647

Abşeronda arvadını və körpəsini öldürərək intihara cəhd edən şəxs barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Bu barədə Redaktor.az-ın sorğusuna cavamb olaraq Abşeron rayon prokurorluğundan bildirilib.

"İyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib", - məlumatda deyilir.