Abşeronda baltalanan 4 nəfərdən biri öldü - YENİLƏNİB
Abşeronda kəsici alətlə xəsarətlər yetirilən 4 nəfərdən biri ölüb.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
"Xəsarət alanlardan biri, 1966-cı il təvəllüdlü Zümrüd Həşimova tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb", məlumatda deyilir.
Qeyd edək ki, yayılan məlumata görə hadisə qohumlar arasında metal boru üçün düşüb.
1966-cı il təvəllüdlü Həşimova Zümrüd Dardail qızı və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Həşimov Hicran Sərənc oğlu, o cümlədən 1981-ci il təvəllüdlü Kərimova Xəyalə Hicran qızı qohumu tərəfindən baltalanıb.
***
Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirilib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 3-ü saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Belə ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarət alan şəxslərdən 3 nəfər - S.Həşimovun əmisi və onun ailə üzvləridir.
Araşdırma aparılır.