Göygöldə qəza oldu, xəsarət alanlar var

 21:36 03.07.2023     286

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Hərəkətdə olan 2 minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.