Yol qəzasında öldü, üstündən başqa maşın da keçdi

 09:22 04.07.2023     453

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə iyulun 3-də saat 21:35 radələrində Xocasən-Meyvəli yolunda qeydə alınıb.

Belə ki, Paşa Əsgərov idarə etdiyi "Daewoo Gentra"markalı avtomobillə hərəkətdə olarkən naməlum sürücü tərəfindən vurulan qadın meyitinin üstündən keçib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb. Qadını ilk olaraq hansı avtomobilin vurması araşdırılır (qafqazinfo).