Sumqayıtda qadın əməliyyat zamanı öldü

 15:35 04.07.2023     313

Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb.

Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"İyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.