Göyçay sakini damdan yıxılaraq xəsarət aldı

 20:11 04.07.2023     351

Göyçay sakini yıxılaraq xəsarət alıb.

Redaktor.az xəbər verir ki, Göyçay rayon Ulaşlı Şıxlı kənd sakini 1978-ci il təvəllüdlü Əzizov Zahid Vahid oğlu yıxılaraq ağır bədən xəsarətləri alıb.

Rayon Mərkəzi Xəstəxanasına gətirilən şəxsin usta olduğu və damdan yıxılaraq xəsarət aldığı bildirilir.