Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olundu

 22:11 04.07.2023     566

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.