Sabirabadda yol qəzasında üç nəfər xəsarət aldı

 09:10 05.07.2023     358

Sabirabad rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı Göyçay rayon sakini, 1983-cü il təvəllüdlü Mustafayev Ramil Ramiz oğlu, Tərtər rayon sakini, 1975-ci il təvəllüdlü Şirəliyev Səməndər Cəmil oğlu və İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Abışov Ramil Qəhrəman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, hər üç şəxs Bakı şəhərində yaşayırlar.

Faktla bağlı araşdırma aparılır (report).