Tur ovlayan şəxs saxlanıldı

 09:47 05.07.2023     407

İsmayıllı rayonu, Burovdal kəndi yaxınlığındakı dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev Redaktor.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin  İsmayıllı rayonu, Candahar kənd sakini Rövşən Cavadov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və  qanunamüvafiq tədbir görülüb”, - X.Mirzəyev deyib.