34 yaşlı kişi öldürüldü

 12:23 05.07.2023     366

Göyçayda 34 yaşlı kişi öldürülüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.