18 yaşlı oğlan qonaq getdiyi evdə intihar etdi
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Redaktor.az Report-a istinadla xəbər verir ki, rayonun Zərnava kənd sakini, 18 yaşlı Baxışov Elman Durasan oğlu qonaq getdiyi evin zirzəmisindən özünü kəndirlə asaraq öldürüb.
Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.