Bakı metrosunda dava düşdü - Saxlanılanlar var

 15:24 06.07.2023     1071

Sosial şəbəkələrdə Bakı metrosunun “Əhmədli” stansiyasında polislə sərnişinlər arasında insident yaşanmasına dair görüntülər yayılıb. Sərnişinlər tərəfindən qeydə alınan kadrlarda bir neçə şəxsin polis tərəfindən saxlanıldığı görünür.

Redaktor.az-ın məlumatına görə, hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, insident iyulun 5-də metronun “Əhmədli” stansiyasında baş verib.

“Polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq, iki qadın sərnişindən əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyərək, qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər. Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq, polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib”, - rəsmi açıqlamada deyilir.

Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik: