Qazilərə ayrılmış külli miqdarda pulu ələ keçirən şəxs SAXLANILDI

 17:43 06.07.2023     1707

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, birlik sədri bir neçə Vətən müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib. O, qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq)maddəsi ilə ittiham irəli sürülüb. Yaxın saatda onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.