Cəlilabadda yol qəzası oldu, xəsarət alanlar var

 19:37 06.07.2023     283

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.