Lökbatan qəsəbəsində dənizdə bir nəfər batdı

 21:05 06.07.2023     321

Lökbatan qəsəbəsi yaxınlığında dənizdə bir nəfər batıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki. iyulun 06-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 550 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​