Gəncə sakini Samuxda bıçaqlandı

 23:37 06.07.2023     321

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun İnstitutu qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər Məhsəti qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşad Rəsulov qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib.

Onun hansı şəratdə bıçaqlanması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.