Bakıda gənc qızlar itkin düşdü

 09:33 07.07.2023     311

Bakıda gənc qızlar itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə iyulun 5-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Tükəz Şıxbabayeva yaşadığı ünvandan çaxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, eyni gündə Xətai rayonu ərazisində yaşayan 1999-cu il təvəllüdlü Rüstəmova Nuranə Ənvər qızı da itkin düşüb.

Hər iki faktla bağlı araşdırma aparılır (report).