Bir ailənin 5 üzvü yol qəzasında xəsarət aldı

 08:59 08.07.2023     339

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Quliyev Rauf İbrahim oğlu, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Quliyeva Minurə Mehman qızı, onların övladları, 2014-cü il təvəllüdlü Quliyeva Mələk, 2017-ci il təvəllüdlü Q.Z və 2018-ci il təvəllüdlü Q.R müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən